02 mart 2025 18:24
279

Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb

Qazaxıstanda fərdi yaşayış evində bir ailənin 7 üzvü, o cümlədən 5 uşaq qazdan zəhərlənərək ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Manqistau vilayətində baş verib.

Fövqəladə Hallar Departamentinin ilkin məlumatına görə, hadisə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib. Ölənlərin hamısının Özbəkistan vətəndaşları olduğu, onların Qazaxıstanda müvəqqəti yaşama icazəsinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.