09 mart 2025 08:39
273

Lerikdə zəlzələ olub

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. 

”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.