Bu ilin yanvar-fevral ayları ərzində 15 min 925 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Müavinət ödənişləri 7 min 410 nəfər qız, 8 min 515 nəfər oğlan uşağına görə aparılıb.