XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev çıxış edərkən bildirdi ki, Fransa və onun Prezidenti Ermənistanı yenidən müharibəyə sürükləyir. Ermənistanın silahlanması onu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Ermənistanın təchiz edildiyi məhvedici silahlar ölkəmizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Prezident İlham Əliyev vurğuladı ki, bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bu fond Ermənistana 10 milyon verir və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Əgər Ermənistanda sülh istəyirlərsə, silahlanmya nə ehtiyac var? Dəfələrlə Azərbaycan tərəfi bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırıb.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan hazırda Amerikada nə baş verirsə, ona çox böyük maraq göstərir. Ölkə başçısı onu da qeyd etdi ki, Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurulan ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Azərbaycan hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olub. Azərbaycan 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idi və oradan sonuncu çıxdı. Lakin Azərbaycan ordan çıxandan sonra ABŞ ölkəmizə sanksiya tətbiq etdi. Bu, Azərbaycanda böyük məyusluq yaratdı. Prezident İlham Əliyev həmçinin ümidvar olduğunu bildirdi ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri