17 mart 2025 11:45
86

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.

Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.