Bu ilin yanvar-fevral aylarında Azərbaycan 187 min 569 ton buğda idxal edib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 40 milyon 496 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 52 min 699 ton (39 %), dəyər baxımından isə 9 milyon 608 min ABŞ dolları (31,1 %) çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1 %-ni təşkil edib.