Amerikalı sahibkar və “SpaceX” korporasiyasının rəhbəri İlon Mask bildirib ki, o, Marsa uçuşları hamı üçün əlçatan etmək istəyir.
Mask daha əvvəl bildirmişdi ki, insanabənzər robot “Optimus” ilə kosmik gəmi 2026-cı ilin sonunda Marsa uçacaq. Sahibkar onu da bildirib ki, bəşəriyyət Yer kürəsində həyatı məhv olmaqdan xilas etmək üçün ulduzlararası səyahətə yiyələnməli olmalıdır.
Mask “X” sosial şəbəkəsində yazıb: “Biz bunu etmək istəyirik ki, kim istəsə Marsa gedə bilsin”.
Xatırladaq ki, “SpaceX” kosmik texnologiya istehsalı ilə məşğuldur. Korporasiya indiyədək “Falcon 1”, “Falcon 9”, “Falcon Heavy” və “Starship” daşıyıcı aparatlarını, həmçinin “Dragon” və “Dragon 2” kosmik gəmilərini hazırlayıb.
Nubar Süleymanova, “İki sahil”