18 mart 2025 17:56
115

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə martın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 12-də və fevralın 14-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə qərar verilib.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.