ABŞ Rusiya ilə Çin arasında gələcək yaxınlaşmanı istəmir, lakin hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp, həmçinin hesab edir ki, Rusiya və Çin arasında münasibətlər ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hərəkətləri sayəsində “dost” olub: "Obama həqiqətən onları pis enerji siyasəti ilə bağlı bir araya gətirdi".
ABŞ Prezidenti hər iki ölkənin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyinə əmin olduğunu bildirib.
Eyni zamanda Tramp qeyd edib ki, ABŞ-ın artıq Çinlə öz münasibətləri və danışıqları var.