19 mart 2025 09:33
72

Maskın kosmik kapsulu amerikalı astronavtları Yerə qaytarıb

Doqquz ay kosmosda çıxılmaz vəziyyətdə qalmış amerikalı astronavtlar Butç Uilmor və Suni Uilliyams “SpaceX” şirkətinin kosmik kapsulu ilə Yerə qaytarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Beynəlxalq Kosmik Stansiyadan Yerə 14 saata çatan kapsul atmosferin aşağı təbəqəsinə daxil olduqdan sonra onun dörd paraşütü açılıb və kapsul təhlükəsiz şəkildə Florida sahilinə enib.

Astronavtlar kapsuldan çıxarıldıqdan sonra gəmi ilə təxliyə olunublar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

Suni Uilliams və Butç Uilmore 2024-cü ilin iyun ayında “Boeing” şirkətinin “Starliner” kapsulunu sınamaq məqsədilə 8 günlük kosmik missiyada iştirak edən zaman kapsulda texniki nasazlıqlar yaranmışdı .Beləcə, NASA onların geri dönüşünün təhlükəli olduğunu qət edərək, astronavtların Beynəlxalq Kosmik Stansiyada qalmalarını məqsədəuyğun bilmişdi.