20 mart 2025 12:23
106

Siyahıda "Barselona"dan heç bir futbolçunun adı yer almayıb

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Siyahıda "Barselona"dan heç bir futbolçunun adı yer almayıb. Əvəzində mükafata Kilian Mbappe ("Real"), İsko ("Betis"), Markos Alonso ("Selta"), Umar Sadiq ("Valensiya") və Pedro Diaz ("Rayo Valyekano") namizəddirlər.

Adıçəkilən futbolçuların hər biri bu ay qol vurmaqla uğurlu çıxışları ilə diqqət çəkiblər.