Ötən il Azərbaycanın Avstriya iqtisadiyyatına birbaşa xarici sərmayəsi 49,276 milyon ABŞ dolları təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə birbaşa xarici investisiyaların həcmi 39,99 dəfə və ya 48,044 milyon ABŞ dolları artıb.
Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcmində Avstriyanın payı 2,8 % təşkil edir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatlarına birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları (-43,5 %) təşkil edib.
2023-cü ildə Azərbaycandan Avstriyaya birbaşa xarici investisiyaların həcmi 1,232 milyon ABŞ dolları, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların ümumi həcmi isə 3,117 milyard ABŞ dolları olub.