20 mart 2025 18:43
88

3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfəri təşkil edilib

ADY 18-20 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

ADY-dən "İki sahil"ə verilən məlumata görə, 18-20 mart tarixlərində bütün qatarlarda 100%-ə yaxın doluluq qeydə alınıb.

Tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.