22 mart 2025 11:18
165

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə oyunlara start verilib.

“İki sahil” xəbər verir ki, G, H və K qruplarında ümumilikdə 6 matç keçirilib.

21 mart

H qrupu

Kipr - San Marino - 2:0

Rumıniya - Bosniya və Herseqovina - 0:1

G qrupu

Malta - Finlandiya - 0:1

Polşa - Litva - 1:0

K qrupu

Andorra - Latviya - 0:1

İngiltərə - Albaniya - 2:0.