AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.