22 mart 2025 14:49
156

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan iclasda aşağıdakı məsələlər müzakirə olunub:

- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;

- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;

- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.