06 aprel 2025 11:07
133

İran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir

Rəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir.

“İki sahil”  “Al Arabiya”ya istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – nazir söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istədiyini söyləmişdi.