07 aprel 2025 14:13
73

Peskov: Rusiya neftin qiymətinin düşməsi ilə bağlı vəziyyəti diqqətlə izləyir

Rusiya hakimiyyəti neftin qiymətlərinin dinamikasını diqqətlə izləyir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərin Moskvanın neft qiymətlərinin düşməsi ilə bağlı Rusiya iqtisadiyyatı üçün risk görüb-görməməsi ilə bağlı sualına “İqtisadi orqanlarımız bu vəziyyəti çox diqqətlə izləyir” - deyə, cavab verib.

Onun sözlərinə görə, beynəlxalq iqtisadi fırtınanın ölkə iqtisadiyyatı üçün nəticələrini minimuma endirmək üçün hər şey ediləcək.

Daha əvvəl bildirilmişdi ki, ICE London birjasında Brent markalı neftin qiyməti 2021-ci il aprelin 12-dən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.