Amerikalı milyarder Bill Ekman ABŞ prezidenti Donald Trampa rüsumların tətbiqini 90 gün müddətinə dondurmağı təklif edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Prezidentin 90 günlük fasilə elan etmək, ədalətsiz, asimmetrik tarif sövdələşmələrini müzakirə etmək və həll etmək, ölkəmizə trilyonlarla dollarlıq yeni investisiyalar gətirmək imkanı var”, - deyə, milyarder bildirib.
Onun fikrincə, Trampın xarici tərəfdaşların ədalətsiz tarif siyasətinə diqqət çəkmək qərarı düzgündür. Lakin onun qeyd etdiyi kimi, Amerika liderinin cavabının sərtliyi dünyanın ABŞ-ın özünə iqtisadi tərəfdaş kimi inamını sarsıdır.