07 aprel 2025 14:59
88

Rusiya və ABŞ bir-birinə çoxlarının düşündüyündən daha yaxındır - Mask

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask xatırladıb ki, Rusiya və ABŞ bir-birinə çoxlarının düşündüyündən daha yaxındır.

“İki sahil” xəbər verir ki,  o, X sosial şəbəkəsində Berinq boğazındakı iki adadan danışılan video paylaşıb.

Videoda deyilir: “Bütün amerikalılar bilmir ki, ABŞ və Rusiya əslində bir-birlərinə çox yaxındırlar: onların arasında cəmi 3 km-dən bir az çox məsafə var.