Türkiyənin bəzi bölgələrində soyuq hava və şaxtalar bu ölkədən limon ixracının dayandırılmasına səbəb olub.
“İki sahil” xəbər verir ki, müvafiq qərarı aprelin 7-də Türkiyənin Ticarət Nazirliyi verib.
Departament bu qərarı məhsuldarlığın azalması fonunda daxili tələbatın ödənilməsi və sitrus meyvələrinin qiymətlərində möhtəkirliyin artmasının qarşısının alınması zərurəti ilə əsaslandırıb.
Ticarət Nazirliyi qida təhlükəsizliyinin təmin edilməsi siyasəti çərçivəsində Türkiyədən limon ixracının müvəqqəti dayandırılacağını açıqlayıb.
Nazirlik əmin edib: “İlin bu mövsümündə Adana, Mersin və Hatay kimi vilayətlərdə müşahidə edilən anomal hava şəraitini nəzərə alaraq, aprelin 8-dən limon ixracının dayandırılması barədə qərar qəbul edilib. Ticarət Nazirliyi bazardakı vəziyyəti yaxından izləyir və lazım gələrsə, əlavə tədbirlər görəcək”.