Xarici dövlətlərlə aparılan siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı Azərbaycanın hal-hazırda diplomatiya sahəsində uğurlarının yüksələn xəttlə inkişaf etdiyini göstərir. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri Azərbaycan-Almaniya əlaqələrinin möhkəm əsaslar üzərində qurulduğunu göstərir.
02.04.2025-ci il tarixində Azərbaycan və Almaniya prezidentlərinin mətbuata verdiyi birgə bəyanatla çıxışında Prezident İlham Əliyev ölkəmizin siyasi mövqeyini ortya qoydu. Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, Azərbaycan-Almaniya arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş, və yaşıl enerji ilə bağlı əməkdaşlıq məsələrinə toxunulmuşdur. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili və konfransda iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulandı.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatla yenədə dünyanın diqqətini Bakıya yönəltməyi bacarmışdır. Cənab İlham Əliyevin çıxışında BMT-nin COP29 kimi dünya dövlətlərinin tarixi taleyində mühüm yer tutan konfransın uğurlu nəticələrindən danışıb eyni zamanda bu qərarların Bakıda verilməsini vurğulayaraq, Azərbaycanının qlobal miqyasda nüfuzunu və qüdrətini bir daha nümayiş etdirmişdir. Bu konfransin uğurlu nəticələrinin davamı olaraq Almaniya ilə müxtəlif istiqamətlərdə çox ciddi əməkdaşlıq addımları atılmışdır. COP-29 beynəlxalq iqlim konfransında 77mindən cox insan qeydiyyatdan keçmisdir və onlar Azərbaycanda 197 ölkəni təmsil edirdi. Yeganə iştirak etməyən ölkə isə Ermənistan olduğunu vurğulamışdır. Buda təbii olaraq təssüf hissi doğurur, xüsusi ilə indiki şəraitdə Azərbaycan Ermənistan arasında danışıqlarda müsbət addımların atıldığı bir zamanda Ermənistan tərəfinin dünya xalqlarının taleyində uğurlu addımlar atılacağı bu beynəxalq konfransı boykot etməsi basa düşülən bir hal deyildi.
Dövlət başcısı COP-29 Beynəlxalq konfransında Azərbaycan tərəfinin hər zaman səmimi siyasət və ədalətli qərarlarla iştirakını göz önünə gətirmişdir. İnkişaf etmiş və etməkdə olan ölkələri iqlim problemlərinin həllinə səsləmiş və bunun əhəmiyyətini qeyd edərək demişdir:“Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyyatları ilə zəngin olan ölkələrlə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var”
Noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29 çərçivəsində Sammiti keçirilmişdir. Bu sammitdə ölkə başcısı ədalət nümayiş edərək ölkəmizin kiçik ada dövlətlərinə dəstəyini ifadə etmiş və bunun gələcək dövrlərdə də davam edəcəyini vurğulamışdır. Prezident İlham Əliyevin bu təqdirə layiq addımı Bakıdan ədalət səslənişi kimi dünyaya yayılmışdır.
Bakı COP29 tarixində uğurlu və həllini gözləyən bir çox məsələ üzrə mühüm qərarlarla yadda qalmışdır. COP29 beynəlxalq konfransında 52 məsələ üzrə uğurlu və həlledici qərarlar qəbul edilmişdir.
Sevinc Həsənova,
260 nomrəli məktəbin tarix müəllimi