Niderland millisinin futbolçusu Frenki de Yonq "Barselona"dan ayrılmaq niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 27 yaşlı yarımmüdafiəçiyə etimad göstərir. Tərəflərin mart və ya apreldə yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Frenki de Yonqun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.