17 mart 2025 00:20
84

Klub rəhbərindən “Real”ın qapıçısına sərt cavab

“Atletiko”nun prezidenti Enrike Sereso “Real”ın qapıçısı Tibo Kurtuanın “Atletiko”nun hücumçusu Xulian Alvaresin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda penalti seriyası zamanı vurduğu, lakin sayılmayan qolu ilə bağlı dediklərinə cavab verib.

“İki sahil” xəbər verir ki, İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun rəhbəri keçmiş futbolçusuna sərt şəkildə tənqid edib.

“Məndə kadrlar var, orada Xulian topa ümumiyyətlə toxunmur. Kurtua susmalıdır. O, “Atletiko”da oynadığına görə bizə minnətdar olmalıdır. O, bizimlə olduğu vaxt etdiyi kimi davranmalıdır – centlmen və cənab kimi”.

Xatırladaq ki, penaltilər seriyasında Xulian Alvaresin zərbəsi, onun topa iki dəfə toxunmasına görə sayılmayıb. Nəticədə Madrid “Atletiko”su Çempionlar Liqasından kənarlaşıb.