Bu gün İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, son oyun günündə 3 görüş keçirilib.
İlk olaraq turun mərkəzi matçı oynanılıb. "Arsenal" öz meydanında "Çelsi" ilə qarşılaşıb. London derbisi "Arsenal"ın qələbəsi ilə başa çatıb - 1:0.
Digər oyunlarda "Tottnhem" "Fulhem"in qonağı olub, Bu görüş də meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. "Mançester Yunayted" isə "Lester"in qonağı olub. "Qırmızı şeytanlar" rəqib qapısına 3 cavabsız qol vurub.
İngiltərə Premyer Liqası,
29-cu tur
16 mart
7:30. "Arsenal" 1–0 "Çelsi"
Qol: Merino, 20.
17:30. "Fulhem" 2–0 "Tottenhem"
Qollar: R.Munes, 78. Sessenyon, 88.
23:00. "Lester" 0–3 "Mançester Yunayted"
Qollar: Höylund, 28. Qarnaço, 67. B.Fernandes, 90.
Hazırda turnir cədvəlinə 70 xalla "Liverpul" başçılıq edir. "Arseanla" 58 xalla 2-ci, "Nottingem" 54 xalla 3-cü, "Çelsi" 49 xalla 4-cü, "Mançester Siti" 48 xalla 5-ci pillədə qərarlaşıb.