24 fevral 2025 10:28
274

Bu gün "Qalatasaray" - "Fənərbağça" oyunu keçiriləcək

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək.

“İki sahil” xəbər verir ki, XXIV turda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək.

Qarşılaşma "Rams Park"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar Superliqa tarixində 135 dəfə üz-üzə gəliblər. Bunların 53-də qonaqlar, 38-də "sarı-qırmızılar" qalib gəlib, 44 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, "Qalatasaray" 63 xalla liderdir. "Fənərbağça" 57 xalla ikinci pillədə qərarlaşıb.