16 mart 2025 11:53
86

Haaland Premyer Liqada daha bir rekorda imza atdı

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland daha bir rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, onun rekordu İngiltərə Premyer Liqasının 29-cu turunda "Brayton"la görüşdə (2:2) qeydə alınıb.

Haaland matçın 11-ci dəqiqəsində penaltidən hesabı açıb. O, Premyer Liqada ən az oyunla 100 qolda iştirak edən futbolçu olub. Norveçli forvard 84 qol və 16 qol ötürməsini 94 matçda reallaşdırıb.   

Daha əvvəl bu saya Alan Şirer 100, Erik Kantona və Məhəmməd Salah 116, Serxio Aquero isə 118 matçda çatıb.