16 mart 2025 20:07
98

"Səbail" Cavid Hüseynovu istefaya göndərib

“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu.

Qeyd edək ki, "Səbail" Misli Premyer Liqasının turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.