"Adana Dəmirspor" Trendyol Super Liqası ilə vidalaşıb.
“İki sahil” xəbər verir ki, -2 xalla liqada 19-cu və sonuncu pillədə qərarlaşan mavi-göylülər, “Bodrum” FK-nın “Çaykur Rizəspor”u 2:0 hesabı ilə məğlub etməsindən sonra aşağı liqaya düşəcək ilk komanda olub.
Mövsümü son 4 komanda arasında başa vuracağı dəqiqləşən klub superliqada keçirdiyi 26 matçda 2 qələbə, 4 heç-heçə və 1-i texniki məğlubiyyət olmaqla 20 məğlubiyyətə imza atıb.
Müxtəlif səbəblərdən 12 xalı kəsilərək cəzalanan “Adana Dəmirspor” -2 xalla 19-cu və sonuncu pillədə qərarlaşıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”