Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.
“İki sahil” xəbər verir ki, onun komandaası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçının 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesabı açıb.
Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.