01 mart 2025 15:29
315

“Neftçi”dən rekord, “Qarabağ”dan yubiley

Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib. Bu, turnirin tarixində mütləq rekorddur. “Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.