20 mart 2025 10:20
113

Tamamilə süni intellektlə yazılan qəzet dərc olundu

İtaliyada tamamilə süni intellekt (AI) tərəfindən yazılmış dünyanın ilk qəzeti nəşr olunub. 

“İki sahil” xəbər verir ki, bu haqda "The Guardian" qəzeti məlumat yayıb. 

"Il Foglio IA" adlanan buraxılış "Il Foglio" gündəlik qəzeti tərəfindən hazırlanıb və ilk buraxılışı martın 18-də nəşr olunub.

Məlumatda qeyd edilir ki, "Il Foglio" qəzet bütün materialların neyron şəbəkəsi tərəfindən yazıldığı eksperimental buraxılış dərc edib. 

Qəzetin baş redaktoru Klaudio Ceraza bildirib ki, təcrübənin məqsədi süni intellektin müasir jurnalistikaya təsirini nümayiş etdirməkdir.

Dörd səhifəlik xüsusi buraxılış həm çap, həm də onlayn formatda mövcuddur. Burada şəxsi fikirlər, dərin təhlillər və ya canlı müsahibələr yoxdur. 

Xüsusi buraxılışda "İtalyan Trampist paradoksu" ilə bağlı məqalə, Rusiya prezidenti Vladimir Putin haqqında köşə yazısı və İtaliya iqtisadiyyatında islahatlarla bağlı məqalə yer alıb.