06 aprel 2025 14:14
130

Cənubi Koreyada meşə yanğını ilə mübarizə aparan helikopter qəzaya uğrayıb

Cənubi Koreyanın Tequ şəhəri ətrafında meşə yanğınının söndürülməsi zamanı helikopter qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində pilot həlak olub. İlkin məlumata görə, göyərtədə yalnız bir nəfər olub.

Nəqliyyat vasitəsi sonradan söndürülmüş yanğın yerindən təxminən 100 m məsafədə qəzaya uğrayıb.