18 mart 2025 10:18
137

Millimiz Malta ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşacaq.

“İki sahil” xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Görüş Bayıl stadionunda, saat 13:00-da başlayacaq. Qrupun digər matçında eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.

Son turdan öncə Lüksemburq 6 xalla qrup lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. Qrup sonuncusu Maltanın hesabında xal yoxdur.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olub, Bolqarıstana isə qalib gəlib - 3:2.