Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yetirmələri sərbəst güləş üzrə U17 ölkə birinciliyində uğurlu çıxış edərək ölkə birinciliyinə vəsiqə qazanıblar.
AHİİTA-dan "İki sahil"ə bildirilib ki, seçim xarakterli zona yarışları başa çatıb və AHİİTA-nın sərbəst güləşçiləri böyük uğura imza adıblar.
Belə ki, Assosiasiyasının pəhləvanları Ömər Usubov (45 kq), Şirzad Hüseynov ( 48 kq) və Ayxan Quliyev (65 kq) ölkə birinciliyində öz bacarqlarını nümayiş etdirəcəklər.
AHİİTA ölkə birinciliyinə vəsiqə qazanan idmançılarını təbrik edir, yeni zəfərlər arzulayır: "Qarşıda daha böyük uğurlar bizi gözləyir!"