18 mart 2025 17:48
114

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

Futbol üzrə Türkiyə yığmasının UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim İvan Kruzlyaka Branislav Hanko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Martın 20-də İstanbul şəhərində yerləşən “RAMS Park”da təşkil olunacaq Türkiyə - Macarıstan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.