18 mart 2025 17:37
114

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Martın 18-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

“İki sahil” xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasda ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament müzakirə olunaraq qəbul edilib. Daha sonra idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Kollegiya qərarı ilə bir qrup idman mütəxəssisi "Fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adına layiq görülüb.

Bundan başqa, 2024-cü ilin “İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə təsdiq olunub. Sonda 2025-ci il üçün “İdman səfirləri”nin təqdimatları olub və səsvermə ilə 11 namizəd arasından 5 nəfər - Aliyə Paşayeva (bədii gimnastika), Fəridə Əzizova (taekvondo), Orxan Səfərov (cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Xəyyam Orucov (milli idman növləri) 2025-ci il üçün “İdman səfiri” seçiliblər.