"Barselona”nın yarımmüdafiəçisi Mark Kasado zədələnib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu La Liqanın son turunda "Atletiko" ilə görüşdə dizindən xəsarət alıb.
Onun təxminən 2 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Kasadonun mövsümün sonuna kimi sıraya dönəcəyi sual altındadır..
Qeyd edək ki, Mark Kasado bu mövsüm 36 oyunda 1 qol vurub və 6 qol ötürməsi edib.