18 mart 2025 17:02
109

"Real"ın yay planı məlum oldu

"Real"ın qarşıdan gələn yay transfer pəncərəsi üçün planları müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Klub rəhbərliyi yayda yarımmüdafiə xəttini gücləndirmək istəyir. 

Madrid təmsilçisinin xorvatiyalı mərkəz yarımmüdafiəçisi Luka Modriçin klubdakı gələcəyi hələlik bəlli deyil. Çünki futbolçunun  "Real"la müqaviləsi bu ilin iyul ayına qədərdir.

"Real"ın skautlar şöbəsinin əsas vəzifəsi Modriçə əvəzləyici tapmaqdır.

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"a oynayır. Bu mövsüm o, 44 matça çıxıb, burada 4 qol vurub və 7 məhsuldar ötürmə verib.