Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2025-ci ilin “İdman səfirləri” müəyyənləşib.
“İki sahil” xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən toplantıda səsvermə nəticəsində 11 namizəd arasından 5 nəfər - Aliyə Paşayeva (bədii gimnastika), Fəridə Əzizova (taekvondo), Orxan Səfərov (cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Xəyyam Orucov (milli idman növləri) 2025-ci il üçün “İdman səfiri” seçilib.
Bundan başqa, tədbirdə ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament müzakirə olunaraq qəbul edilib. Daha sonra idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Kollegiya qərarı ilə bir qrup idman mütəxəssisi "Fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adına layiq görülüb.
Bundan başqa, 2024-cü ilin “İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə təsdiq olunub.